adalet.az header logo
  • Bakı -°C

Hər il bir milyon kiberinsident qeydə alınır - Kleyton

120 | 2026-11-22 23:45
A- A+

ABŞ hökumət orqanları hər il təxminən bir milyon kiberinsident qeydə alır.

Adalet.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton söyləyib.

“Amerikalılar başa düşməlidirlər ki, kibertəhdidlər realdır. 2020-ci ildə Federal Təhqiqat Bürosuna təxminən 800 min kiberinsident barədə məlumat daxil olub. Son məlumata görə, bu rəqəm bir milyona çatıb”, - deyə Cey Kleyton CNN telekanalının efirində bildirib.

Onun sözlərinə görə, xoş xəbər ondan ibarətdir ki, ABŞ kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruyub saxlaya bilir.

TƏQVİM / ARXİV