"Növbəti ortamüddətli dövr dünyada və regionda cərəyan edən geosiyasi vəziyyət və geoiqtisadi amillər və hazırkı inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının hazırda uğurla icrası davam edir. Strategiyanın davamı olaraq, 30 may 2025-ci il tarixində cənab Prezident tərəfindən imzalanmış Sərəncamdakı tapşırığa əsasən, yeni çağırışları və hədəfləri əhatə edəcək “2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının” layihəsi hazırlanmış, İqtisadi Şurada müzakirə olunmuşdur. Hər iki sənədin layihəsi Hökumət tərəfindən artıq cənab Prezidentə təqdim olunub.
2025-ci ilin yekunları üzrə göstəricilər bir daha sübut edir ki, Prezident İlham Əliyevin formalaşdırdığı iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun inkişafına, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına əsaslanır. Mövcud iqtisadi artım bazası isə məhsuldarlıq, xidmətlərin ixracı və texnologiya əsaslı dərinləşmə üçün əlverişli şərait yaradır. Hökumət üzvləri adından və şəxsən öz adımdan əminliklə bildirirəm ki, cənab Prezident tərəfindən Hökumət qarşısında müəyyən edilmiş bütün hədəflər və verilən tapşırıqlar bundan sonra da tam məsuliyyətlə, vaxtında və yüksək keyfiyyətlə yerinə yetiriləcəkdir", - deyə Ə.Əsədov bildirib.


Bakı -°C
