adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HƏR GÜN GÜNƏŞİ QARŞILAYAN ŞAİR - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
2229 | 2023-10-09 13:48

  Hər gün dan yerinə heyrətlə baxıb,
  Doğan al günəşi alqışlayıram.
  İlahi, min şükür mərhəmətinə,
  Mən hər gün Günəşi qarşılayıram.

Şair Murad Qoçuoğlunun yeni-ikinci şeirlər kitabının adı  Günəşlə bağlıdır. O da hamımız kimi hər səhər Günəşi qarşılayır, Günəş həsrətinə qovuşmaq üçün  gecələr ulduzlara boylanır, mürgülü gözlərindən yuxusunu silir və budur…dan yeri. Sonra Günəş bütün Yer üzünü öz işığına qərq edir. Azərbaycan poeziyasında Gün-Günəş əbədi obrazlardan birinə çevrilib. Klassik poeziyamızda təsvir olunan bütün gözəllərin camalı Günəşə bənzədilib. Amma təkcə sevgi şeirlərində yox, Xalq şairi Məmməd Arazın bir misrasını xatırlayıram» «Günəş kainatın ağsaqqalıdır». Məncə, ünyanı öz işığına qərq edən Günəş öz zərrələri ilə hər bir şairin şeirlərində yaşayar. Murad Qoçuğlunun şeirlərində də o zərrələrpi görə bilərik. 

Onun 60 yaşı tamamdır. Jurnalistdir Murad Qoçuoğlu və  Milli Olimpiya Komitəsinin «Olimpiya» qəzetinin baş redaktorudur. Uzun illər şeir yazıb, amma yalnız əlli yaşından sonra hiss edib ki, içindəki od-alov püskürməkdədir və şeirlərini mətbuatda çap etdirib, «Bir az gecikəndə» adlı ilk şeirlər kitabını üzə çıxarıb. Mən onun ilk şeirlər kitabı haqqında elə «Ədalət» qəzetində bir yazı ilə çıxış etmişəm. O yazıda qeyd etmişdim ki, Murad Qoçuoğlu duyumlu şairir, o zaman şeir yazır ki, yazmamağı mümünsüz olur.
   

Elə söz deyəsən, təzətər olsun,
Duyğular dil aça sözündən sonra.
Səni yaşatmağa, xatırlamağa
Bir təzə söz qala özündən sonra.

O yazıda qeyd etmişdim ki,  Murad əsl təbiət aşiqidir (məgər şair təbiəti, onun gözəlliklərini sevməyə bilərmi?). Onun şeirlərində hər bir fəslin öz obrazı var. O, ağacları, quşları, dağları, çölü, çəməni, gülləri, çiçəkləri çox sevir və bunların hər birinə öz içindəki duyğularını, təbiətə sevgisini qatır. Bu duyğular onun ikinci kitabında da öz əksini tapır.Məsələn, mən onun «Bu yağış nəyisə deyirdi mənə» şeirini daha çox bəyəirəm. Çünki bu şeirdə yağışın  insan duyğularına necə hopduğunun şahidi oluram?
   

Hər amla bir kəlmə, sətirdi sanki,
Dediyi sözləri höccələyirdi.
Bağlı pəncərəmdən baxıb içəri,
Hirslə şüşələri döyəcləyirdi,
Bu yağış nəyisə deyirdi mənə.

Heç yağış deyildi bu nur damcılar,
Başımı qatmağa sehirdi bəlkə.
Bir nakam buludun sevgi dastanın,
Yerin qulağına deyirdi bəlkə,
 Bu yağış nəyisə deyirdi mənə.

 Aləmlər içində sonsuz sirr yatır,
 Bu sirrə eyhamdı hər çaxan şimşək.
 Hər yağış damlası kəlmədi, sözdü,
 Yağışın dilini öyrənəm gərək.

Tənqidçi həmkarım Əsəd Cahangir ikinci kitaba yaxşı bir ön söz yazıb. Oxuyuram; «Buludundan tutmuş dənizi, dağı, küləyi, torpağına qədər cansızlar da, gülünən tutmuş kəpənəyi, arısı, sürüsü, durnası, maralı, qurdu, küçə itlərinə qədər  canlı flora və fauna da şairin petik kaleydoskopunda  öz yerini tapır. Amma onun bədii təqdimində təbiətdə nəinki cansız yoxur, onlar həm ə insan kimi  şüurludur, bəlli mənəvi-əxlaqi  keyfiyyətlərin  aşıyıcısıdır». Tamamilə doğru fikirdir. Bu mənaa Murad Qoçuoğlu təbiəti çox sevdiyi kimi, ona qəsd edənləri də öz şeirinin divanına çəkir. Bir körpə ağacı kökündən baltalayan namərdə tuşlanıb bu misralar:

  Düşüb üzü üstə körpə bir ağac,
  Kökündən bir addım aralı qalıb.
  Bu körpə ağaca kim qıyıb, Allah,
 Ömrünə-gününə kim balta çalıb?

 Ay əli baltalı, əlin qurusun,
Əzəldən görmüşük kəmfürsət səni.
Özgə bir ağacda gözün qalıbsa,
Gəl, baltala məni, gəl, buda məni.

Murad Qoçuoğlunun şeirlərində bir neçə əsas mövzu diqqətimi cəlb etdi. O, öz doğma kəndini çox sevir və bu da təbii hissdir.Amma indi hər birimizin qoynundan çıxdığımız, şəhərlərə üz tutduğumuz o kəndlər tamam dəyişişilib. Kənlərdə quruculuqişləri gedir, yeniləşmə prosesi baş verir. Amma bir vaxtlar o kəndlər belə deyildi, Təbiət öz ahəngini itirib bu kəndlərdə. Halallıq, duz-çörək, elin bir çox adət-ənənələri öz yerini dükan-bazara ötürüb, kəndçi mədəniyyəti –torpağa ehtiram aradan çıxmaqdadır. Murad Qoçuoğlu mənim də ürəyimdən xəbər verən bu misraları qələmə alıb ki, unutmayaq kəndimizi…

Şəhərə oxşadır bu kənd özünü,
Nə mal-qarası var, nə qoyunu var.
Əkinçi, biçinçi örüşsüz qalıb,
Susuz dəyirmandai nə də unu var,
Bu kəndin nəyinə kənd deyim axı…

 Ucaldıb qala tək daş hasarları,
 Qarğıan-qamışdan çəpəri yoxdur.
 Düşmən bağışlayan, qan barışdıran,
 Ağsaqqal sözünün kəsəri yoxdur,
 Bu kəndin nəyinə kənd deyim axı…

İkinci mövzu müasir həyatda, yaşaığımız cəmiyyətdə baş verən proseslər fonunda nəzərə çarpan təzadlarla bağlıdır. Biz müstəqillik əldə etmişik, müharibədə qalib gəlmişik. Əlbəttə, bu zəfərlərin əksi Muradın «Vətən ürəyimdən başlanır mənim», «Üzü Vətənə sarı№», «Şəhid əsgər», «Azərbaycan əsgəri», «Bu millət yaşasın, Vətən yaşasın» şeirlərində öz bədii ifadəsini tapıb.
 

Məndən kimliyimi soruşan naşı,
Sərhəd dirəklərin gözümə soxma,
Vətən ürəyimdən başlanır mənim.

Əlbəttə, qələbəmizə də, böyük quruculuq işlərimizə də sevinirik. Amma Muradın fikrincə (elə biz də o fikirdəyik) hələ də həyatımızda, yaşadığımız mühitdə əçyər-əskiklər azalmır. Murad üzüunü o şəxslərə tutur ki, çörəyə də haram qatırlar, özgəsinin kölgəsində hürürlər, «qırıb-töküb qönçələri gəlib gül-çiçək istəyir», «zaptıqırıq nalanlar var, əkməmiş biçmək istəyir» və s. Kişilikdən dəm vuranlar var, amma kişilik meydanından qaçırlar. Ona görə də Murad Qoçuoğlu yazır ki:

Ağsaqqal dediyin elin içində,
Ağır oturardı, batman durardı.
Ağsaqqal olanın qədir-qiyməti,
Ağsaqqal sözünün dəyəri vardı,
 Siz hara getdiniz köhnə kişilər?

Üçüncü mövzu isə işığın tərənnümüdür. Murad Qoçuoğlu həm öz içindəki yaz havasından söz açır («Yağış havasıdır, qar havasıdır, Mənimsə içimdə yaz havası var»0, həm təbiətin gözəlliklərini vəsf edir, həm də işıqlı insanlardan anışır.Bir kəpənək ömrünün dəyərini qiymətləndirir. Sevgi şeirlərində də səmimidir, yaşadığı təbii hissləri qələmə alır. O, sevgidə vüsal axtarmır, hicrandan, ayrılıqdan yazır, amma bu əbədi hicran dairəsindən çıxır, sadəcə öz sözünü deyir ki:

Çox da ki, sevgidən danışır hamı,
Sevginin mənası dərinmiş demçə.
Sevginin sevinci ötəri imiş,
Sevginin əzabı şirinmiş demə.
Yaşayıb ömrünü bir gileyli tək,
Kimsədənbir kəlmə soruşmayasan.
Elə Məcnun kimi, elə Leyli tək,
Sevəsən, sevginə qovuşmayasan.

Əlbəttə,  bu fikirlə mən də razı deyiləm, amma Murad bu sevgi məsələsində ənənəyə bağlıdır.
 Muraın şeir dili sadədir, çətin, dilə gəlməyən sözlər, tərkiblər yox dərəcəsindədir. Sevdiyi heca şeirinə öz izini qoşur, qoşmaları, gəraylıları bəyənimlidir. 

Və mən hər səhər Güunəşi qarşılayan bu şairə uğurlar arzulayıram!
 

TƏQVİM / ARXİV