Macarıstan prezidenti Tamaş Şuyok baş nazir Peter Magyarın mayın 31-dək istefaya getməsi ilə bağlı ultimatumunu rədd edib.
Adalet.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlama verib.
"Hazırda məni istefa verməyə məcbur edə biləcək heç bir hüquqi və ya konstitusiya əsası yoxdur. Mən prezidentlik müddətinin sonuna qədər vəzifəmi icra edəcəyəm. Mən əsas qanuna və konstitusiya quruluşuna sadiq qalacağıma and içmişəm. Bu and məni təkcə siyasi çoxluq və ya azlıqla deyil, bütün millətlə bağlayır", - deyə o vurğulayıb.
Şuyok qeyd edib ki, "prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş sosial və siyasi niyyətlər var", lakin onun istefası üçün "konstitusiya əsasları" yoxdur.
Daha əvvəl Magyar prezidenti 31 maya qədər könüllü istefa verməyə çağırmışdı. O, iddia edir ki, Şuyokun vəzifədə qalmaq hüququ yoxdur, çünki son illərdə məsuliyyətlərinə baxmayaraq, Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki hökumətin siyasi, sosial və maliyyə sahələrində törətdiyi sui-istifadə hallarının qarşısını ala bilməyib.


Bakı -°C
