Uzun zamandır efirlərdə görünməyən Tağı Salehoğlu müəllifi olduğu mahnılarının müdafiəsinə qalxıb.
Adalet.az bildirir ki, ifaçı onun mahnılarını ifa edən gənc müğənniləri tənqid edib:
“İndi gənc ifaçıları mahnılarımı oxuyur. Amma inciməsinlərin sevmirəm onların ifalarını. Məsələn, onlardan biri Şəbnəm Tovuzludur. Həm ifa tərzini sevmirəm, həm də sözlərini səhv oxuyub. Zeynəb Həsəni, Vəfa Şərifova da mahnılarımı oxuyublar. Bu günlərdə Pünhan Piriyevin ifasını eşitdim. Xoşum gəlmədi, axı bu onun mahnısı deyil. İnsan öz səsinə uyğun mahnı seçməlidir. Bilirsiniz, ifaçılıq ayrı, müğənnilik ayrı, bəstəkarlıq ayrı peşədir. Mahnılarımı oxuyurlar, icazə almırlar. Şəbnəm məni tanımır? Hörmət xatirinə deyə bilərdi”.
Əntiqə


Bakı -°C
