ABŞ prezidenti Donald Tramp, xüsusi elçiləri Stiv Uitkoffla, Cerald Kuşnerin Moskvaya səfərindən sonra RF-nın prezidenti Vladimir Putinlə telefonla danışıb.
ABŞ prezidenti bildirib ki, Putinlə Zelenski artıq müharibədən yorulublar. Putin müəyyən şərtlərlə razılaşma əldə olunmasına razıdır.
Trampda yaxşı bilir ki, Rusiya prezidentinin tələb etdiyi "müəyyən şərtləri"- Ukrayna ordusu Donbassdan çıxsın, Ukraynanın silahlı qüvvələrinin sayı məhdudlaşdırılsın, Ukraynanın hər hansı bir hərbi birliyə qoşulması qadağan edilsin və s. təslimedici təkliflərindən ibarətdir. .
Məsələ bundadır ki, nə Ukrayna prezidenti Volodimir Zelenski, nə Ukrayna xalqı, nə də Rusiya işğalını dəstəkləməyən Qərb, heç bir halda faktiki olaraq, bu təslimçilik şərtlərini qəbul edə bilməzlər.
Rüstəm Hacıyev


Bakı -°C
