adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Gürcüstan yenidən çalxalanır  

511 | 2024-05-01 11:06

Xəbər verdiyimiz kimi, Gürcüstan parlamenti "xarici agentlərlə" bağlı qanun layihəsini ikinci oxunuşda da qəbul edib. Qanunun qəbul olunmasınnın əleyhinə olan vətəndaşlar dünən səhərdən paytaxtın Rustaveli prospektini bağlayaraq etiraz mitinqinə başlayıblar.

  Verilən məlumatlara görə, parlament binası polislər tətəfindən mühafizə olunaraq qorunur. Gün ərzində aksiya iştirskçıları ilə polislər arasında qarşıdurmalar yaşanır. Rustaveli prospektində güc strukturları etirazçılara qarşı rezin güllələrdən atəş açıblar və gözyaşardıcı qazlardan istifadə ediblər, mitinqçilər isə onlsra daş bə butulkalar atıb.

 Parlamrntdə də, hakim "Gürcü arzuları" və  "Demokratik Gürcüstan"partiyasından  olan deputatlar arasında da, kəskin debatlar müşahifə olunub. 

 Xatırladırıq ki, 2023-cü ildə də bu qanun layihədi müzakirə olunması üçün parlamentə çıxarılmışdı. Lakin həmin vaxt xslüın kütləvi etirazlarlarıyla qarşılaşan hakim partiyadan olan parlamentarilər geri çəkilməyə məcbur olaraq, layihənin müzakirə oluması prosesini gündəlikdən çıxarmışdı. 

 Bu ilin aprel ayının əvvəllərində parlament kütləvi etirazlara baxmaysraq, bu qanun layihəsini yenidən müzakirəyə çıxararaq qəbul edib. Hakim "Gürcü arzusu" partiyasının rəhbəri İrakli Qaribaşvili bidirib ki, Avropa İttifaqı Gürcüstanı tərkibinə daxil edilsə, onda  "xarici agentlərlə" bağlı qanun layihəsinə yenidən baxmaq olar. Belə olan halda, qanun "sıfırlana", yenidən baxıla   və ya yeni qanun qəbil edilə bilər.

 Qərbyönümlü Gürcüstan prezidenti Saloma Qurabeşvili qanun lahiyəsi qəbul edilsə də, onu imzalamayacağına, veto qoyacağına söz verib. 

  Rüstəm Hacıyev

TƏQVİM / ARXİV