adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"Gözəllik orijinal, özünəməxsus, kreativ olanındır" - APARICIDAN reaksiya

1436 | 2024-04-23 13:43

"Mənim çox ideal olan nədənsə xoşum gəlmir. İdeal nitq, fiqura, üz, gözəllik, səliqə. Ürəyim sıxılır. Yaradıcılıq künc-bucaqlarını, eniş-çıxışların olmasındadır".

Adalet.az xəbər verir ki, bu sözləri aparıcı, telejurnalist İradə İsak öz sosial şəbəkə hesabında yazıb. O, insanların rəsmiyyəti sevməsinə, səliqəliliyinə qarşı çıxıb.

"Bilirsiniz kimin nitqini sevirəm mən? Aqil Abbasın, Ramiz Rövşənin, Elçibəyin. Lenin "r" hərfini deyə bilmirdi. Gəlmiş-keçmiş ən böyük natiqlərdən idi. Necə deməyindən çox, nəyi, necə deməyin vacibdir. Yaşayış olaraq, Səttar Bəhlulzadənin yanında olaram, məsələn. Kim ondan daha ideal ola bilər ki? Rəssamların emalatxanası pinti olur, amma ordan həmişə parlaq və mükəmməl, o qarışıqlıqda ideal səliqəli olan portretlər asılır. Qız bürcü olsam da, simmetrik düzlükdən çox, dağınıq, amma yeni, maraqlı, yaradıcı ruhu, fərqli gözəlliyi sevirəm. Klişe olmayan, insanların düzəltmədiyi, təbiətin, ilham pərisinin doğduğunu.

Təbiət də simmetriyanı sevmir əslində. Fikir vermişəm. Ona görə ora-buranızı çox çapmayın.  Hamı kimi ütülü olanlar bozdur və unudulmağa məhkumdur. Gənclər, kreativ olmaq şərfi boğazınıza dolayıb, yalançı eynək taxıb, kofe ilə şəkil çəkdirməklə günə başlamaq deyil. 2 manatlıq çayniki gözəl çəkə bilirsənmi? Bir də bunu düşün. Unudulmayasınız, ağırdır! Hələ mükəmməlin ortasında ərimək ən ağırıdır".

Emin

  • May:
  • 3

TƏQVİM / ARXİV