adalet.az header logo
  • Bakı -°C

Geomaqnit qasırğası olacaq

208 | 2026-08-10 17:19
A- A+

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Adalet.az-a bildirilib ki, Günəşin fəallığı zəifləyib. Günəşin səthində 4 ləkə qrupunda 41 ləkə və tac dəlikləri müşahidə olunur.

Günəş küləyinin maksimal sürəti saniyədə 464 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 404 kilometrdir.

Avqustun 10-dan 16-dək C sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.

Gözlənilən tac kütlə atılmaları və tac dəliyi axınlarının təsiri ilə avqustun 11-12-də zəif geomaqnit qasırğası (G1) gözlənilir. Əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.
 

  • Iyul:
  • 31

TƏQVİM / ARXİV