adalet.az header logo
  • Bakı -°C

Gədəbəydə körpə qızdırmadan öldü - YENİLƏNİB

91 | 2026-04-16 13:35
A- A+

Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngənəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

*** 12:18

Gədəbəydə körpə qızdırmadan ölüb.

Adalet.az xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

TƏQVİM / ARXİV