adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib

946 | 2024-04-23 16:15

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə “Bakcell” mobil rabitə şirkəti arasında əldə edilmiş razılığa əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkün ailələrin gündəlik problemlərinin həllinin rahatlaşdırılması məqsədi ilə birgə layihənin həyata keçirilməsinə başlanmışdır. “Bakcell” mobil rabitə şirkəti 22-23 aprel tarixlərində Füzuli şəhərinə köçürülən ailələrə ödənişsiz  danışıq üçün sim-kart hədiyyə edib.

Dövlət Komitəsi bildirir ki, ilkin mərhələdə 78 ailə ödənişsiz danışıq imkanından istifadə edəcək. Hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunub. Həmin sim-kartlardan istifadə edən keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışa biləcəklər. Sonradan bu sim-kartların sayının keçmiş məcburi köçkünlərin istəyi ilə artırılması da planlaşdırılıb.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə daha əvvəl köçürülmüş vətəndaşlara da “Bakcell”in ödənişsiz danışıq üçün sim-kartlarının paylanması nəzərdə tutulur.

  • May:
  • 3

TƏQVİM / ARXİV