"Fikir ayrılıqlarnı kənara qoyub birləşməliyik" - Pezeşkian

696 | 2025-06-16 10:02

"İran xalqı fikir ayrılıqlarını bir kənara qoyub İsrailin təcavüzünə qarşı birləşməlidir".

Adalet.az xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib. 

O, parlamentdəki çıxışında "Biz müharibə istəmədik və müharibəyə başlamadıq. Ölkənin yüksək rütbəli hərbçilərini və alimlərini öldürən biz deyildik, ancaq bu terrorçular bunu etdi" deyib.

"Biz təcavüzkar deyilik. Bu gün birlik və həmrəyliyə hərzamankındən daha çox ehtiyacımız var və bütün İran xalqı birləşməli və təcavüzə qəti şəkildə qarşı çıxmalıdır", - deyə Pezeşkian bildirib. 

TƏQVİM / ARXİV