16 Iyun 2025 15:33
94
DÜNYA

İran səhiyyə nazirliyi: "İsrailin hücumları nəticəsində 220 nəfər həlak olub

 İranın səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Hüseyin Kermanpur bildirib ki, İsrailin üç gün ərzində hücumları nəticəsində 1481 nəfər xəsarət alıb, onlardan 220 nəfəri aldiğı xəsarətlərdən dünyasını dəyişib.

 Kermanpur əlavə edib ki, zərərçəkənlərin 90 faizi dinc vətəndaşlardır.

 İslam İnqilabi Keşikçiləri Korpusu, İsrailin raket zərbələri nəticəsində korpusun kəşfiyyat rəhbəri Məhəmməd Kaziminin həlak olduğunu təstiqləyib.

 Bundan başqa, bildirilir ki, İranın xarici işlər nazirliyinin biasına da raket zərbəsi endirilib. Zərbə nəticəsində bir neçə mülkü vətəndaş, o cümlədən diplomat xəsarət alıb.

 Rüstəm Hacıyev