adalet.az header logo
  • Bakı -°C

FİFA-dan məşqçi və futbolçulara yeni qadağa

81 | 2026-06-01 18:24
A- A+

FİFA 2026-cı il dünya çempionatı ərəfəsində yeni qayda qəbul edib.

Adalet.az bu barədə “The Sun” nəşrinə istinadən xəbər verir. Məlumata görə, bundan sonra oyun zamanı qapıçıya tibbi yardım göstərildiyi vaxt meydan oyunçularına məşqçilər korpusu ilə ünsiyyət qurmaq qadağan olunacaq.

Futbolçular ya öz mövqelərində qalmalı, ya da mərkəz dairəsində toplaşmalıdırlar. Qərarı FİFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina təsdiqləyib.

O bildirib ki, bu barədə mundialda iştirak edəcək bütün 48 komandanın məşqçilərinə məlumat verilib:

"Hakimlər təşəbbüs göstərəcək və qapıçı zədələnəndə hər iki komandanın ehtiyat oyunçular skamyasına yaxınlaşmasına icazə verməyəcəklər. Qapıçı zədələnə bilər, amma futbolçuların bundan istifadə edib məşqçilərlə danışmaq üçün meydanı tərk etmək hüququ yoxdur. Meydanda yalnız hakim, fizioterapevt və qapıçının qalması düzgün deyil. Digər oyunçuların hamısının kənara çıxması pis haldır”, - deyə Kollina vurğulayıb.

TƏQVİM / ARXİV