Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üzrə yeni reytinq cədvəli ictimaiyyətə təqdim olunub.
Adalet.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Cədvəlin zirvəsində aprel ayında Albaniyanın paytaxtı Tiranada baş tutan Avropa çempionatının qızıl medalçısı, yunan-Roma güləşçimiz Həsrət Cəfərov 480 xalla qərarlaşıb.
Həmin yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan digər idmançımız, sərbəst güləşçi Giorgi Meşvildişvili 460 xalla ikinci sıranı tutur. Qitə birinciliyinin gümüş medalçısı olan sərbəst güləşçi Arseniy Djioyev isə 420 xal toplayaraq ilk üçlüyü tamamlayır.
Reytinq cədvəlinin ilk onluğunda yer alan idmançılar və onların göstəriciləri müvafiq olaraq aşağıdakı kimidir:
- Zelim Kotsoyev (cüdo) - 390 xal
- Səidcəmşid Cəfərov (boks) - 350 xal
- Elcan Hacıyev (cüdo) - 340 xal
- Murad Əhmədiyev (yunan-Roma güləşi) - 330 xal
- Zelim Tçkayev (cüdo) - 320 xal
- Ülvü Qənizadə (yunan-Roma güləşi) - 300 xal
- Nurəddin Novruzov (sərbəst güləş) - 270 xal


Bakı -°C
