"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran sərbəst buraxılıb.
Adalet.az xəbər verir ki, Saranın prokurorluqdakı dindirilməsi başa çatdıqdan sonra ondan saç və qan nümunələrinin götürülməsi üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilib.
Prosedurlar tamamlandıqdan sonra o, xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Qeyd edək ki, S.Saran İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "narkotik maddə əldə etmək" və "narkotik maddənin istifadəsinə şərait yaratmaq" ittihamları ilə ifadə verməyə çağırılmışdı.


Bakı -°C
