adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Fələstinlilər üçün çadırlar hazırlanır - Yeni köç başlayır

396 | 2024-04-23 15:29

İsrail ordusu Rəfah şəhərinə hücum siqnalını verməyə davam edərkən, peykdən çəkilmiş fotoşəkillər Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri yaxınlığında yeni çadır qəsəbəsinin tikildiyini göstərir.

ABŞ-da yerləşən Planet Labs PBC şirkəti tərəfindən təqdim edilən və Associated Press tərəfindən təhlil edilən peyk fotoşəkillərinə görə, İsrail ordusunun dəfələrlə hədəfə aldığı Xan Yunisin qərbində çadır qəsəbəsinin tikintisinə aprelin 16-da başlanılıb. Aprelin 21-də peykdən çəkilmiş fotoda çadır məskəninin böyüdüyü görünür.

İsrail ordusu sözügedən çadır qəsəbəsinin tikintisi ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb. Haaretz qəzeti heç bir istinad etmədən paylaşdığı xəbərdə çadır şəhərciyinin İsrailin Rəfaha mümkün hücumu səbəbiylə Misir tərəfindən tikildiyini iddia edib.

İsrail ordusu 4 aylıq torpaq işğalından sonra aprelin 7-də Xan Yunisdən geri çəkilib. 

200 gündür Qəzza zolağına qarşı bombardmanlarını davam etdirən İsrail bu gün qurudan şimaldakı Beyt Hanun qəsəbəsinə girərək hücumlarını artırıb. İsrail artilleriya bölmələri gecə saatlarından Qəzza zolağının şimalında Beyt Hanun, Beyt Lahya və Cibaliyanın şərq hissəsini şiddətli bombardman edib.
 
İsrail ordusunun ağır bombardmanları səbəbindən Qəzzanın şimal bölgələrindən Cibalya Qaçqınlar Düşərgəsinə yeni köç dalğası yaşanıb.
 
Şahidlərin sözlərinə görə, İsrail artilleriya bölmələri Beyt Lahya şəhərinin Şayma küçəsinə, eləcə də Beyt Hanun qəsəbəsində köçkün fələstinlilərin sığındığı mərkəzə yaxın ərazilərdə intensiv hücumlarını davam etdirir.
 
Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusunun Beyt qəsəbəsində sığınacaq mərkəzinin yerləşdiyi Zamu küçəsində pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda aralarında qadın və uşaqlar da olmaqla  çoxlu sayda qaçqın fələstinli
 yaralanıb.

Emin

  • May:
  • 3

TƏQVİM / ARXİV