adalet.az header logo
  • Bakı 12°C

ERMƏNİLƏR BELƏ VƏHŞİLİYİ FRANSIZLARDAN ÖYRƏNİBMİŞ - AQİL ABBAS  yazır

AQİL ABBAS
1079 | 2023-09-11 14:00

Həmişə fikirləşirdim, ermənilərin belə vəhşiliyinin sirrini tapa bilmirdim. Hətta Hitlerin faşizmi də II Dünya savaşında bu qədər vəhşiliyə əl atmamışdılar ki, ermənilər bizə qarşı atdı. Şəhər və kəndlərimizi darmadağın etdilər, yandırdılar, qəbiristanlıqları dağıtdılar və sair və ilaxır. Bunu bunlar kimdən öyrənibmiş?

Bu günlərdə Rusiyanın «Zvezda» kanalında çox maraqlı və faktlara söykənən bir sənədli film nümayiş etdirilirdi. Filmi əvvəldən axıra qədər izlədim. Film fransızların XIX əsrdəki Makronuna - Napoleonuna Rusiya ilə müharibəsinə həsr olunmuşdu.

Napoleon indiki NATO kimi kərtənkələ dövlətləri də başına yığıb Rusiya ilə müharibə edir və gəlib Moskvanı da tutur. Amma Moskvada duruş gətirə bilmir. Moskvadan çıxır, qərargahını Smolenskdə qurur, amma orda da tikiş tuta bilmir.

Moskvadan çıxarkən Moskvanı yandırır, binaları partladır, həmin vaxt Moskvada 4 min binadan 3 mindən artığını yandırır və ya partladır. Sonra Smolenski də o günə qoyur. Geri çəkildikcə qarşısına çıxan bütün şəhər və kəndləri yandırır. Kəndlərdə adamları kilsəyə yığıb kilsələrə od vurur. Sonra da arxasını tuta-tuta Fransaya qaçır. Rusiyadan çıxana qədər önünə çıxan bütün şəhər və kəndləri erməni Ağdamı, Füzulini, Kəlbəcəri nə günə qoymuşdusa o günə qoyur.

Kutuzovun başçılığı ilə rus qoşunları da onu Parisə qədər qovur.

Napoleonun Moskvada keçirmək istədiyi və keçirə bilmədiyi hərbi nümayişi sonda Kutuzov Parisdə keçirir.

Və belə qənaətə gəldim ki, ermənilər belə vəhşiliyi böyük bacıları fransızlardan öyrənibmiş. Və bilmirlər ki, sonları da fransızların gününə düşə bilər. Günlərin bir günü Azərbaycan Ordusu İrəvanda hərbi parad keçirər.

Atalar deyir: «Fahişəlik və oğurluğun ömrü 40 gün çəkər». Ermənilərin fahişəliyi və oğurluğu 30 il çəkdi və onların fahişəliyinə və oğurluğuna 44 günlük müharibədə son qoyduq.

Amma öyrənmişə tövbə yoxdur, yenə fahişəliklərindən qalmırlar. İndi onları tövbələtmək zamanı çatıb.

Atı atın yanında bağlasan rəngini götürməsə də, xasiyyətini götürər. Ermənini də fransızların yanına bağlasan mədəniyyətlərini götürməsə də, fahişəliyini götürər. Və ya tərsinə.

TƏQVİM / ARXİV