Bu gün mərhum rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya "Telegram" hesabındakı paylaşımı ilə diqqət çəkib.
Adalet.az xəbər verir ki, o, paylaşımında ərinin həbsxanada zəhərləndiyini və qəsdən öldürüldüyünü iddia edib.
Bunun fonunda jurnalistlər brifinq zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova sual ünvanlayıblar.
Kremlin sözçüsü Yuliya Navalnayanın əri Alekseyin biomateriallarının analizinin nəticələri ilə bağlı açıqlamalarından xəbəri olmadığını bildirib. O, yayılan xəbəri belə şərh edib:
"Mən onun bu ifadələri barədə heç nə bilmirəm, heç nə deyə bilmərəm", - Peskov qeyd edib.
O, həmçinin əlavə edib ki, test nəticələri heç bir şəkildə siyasi vəziyyətə təsir edə bilməz.
Xatırladaq ki, A.Navalnı 2024-cü il fevralın 16-da həbsxanada vəfat edib. Onun təbii səbəblərdən öldüyü qeyd olunmuşdu.