İran ABŞ və İsrailin İslam Respublikasının istənilən enerji obyektinə hücumuna cavab verəcək.
Adalet.az "Khabar Fouri"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"İranın obyektləri hədəf alınacağı təqdirdə silahlı qüvvələrimiz bölgədəki ABŞ şirkətlərinin obyektləri və ya Amerikanın pay sahibi olduğu firmalara hücum edəcək" , - o bildirib. Əraqçi əlavə edib ki, İran sıx məskunlaşmış ərazilərin hədəfə alınmaması üçün ehtiyatla hərəkət edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.


Bakı -°C
