Xəlil Rza Ulutürk
Bu gün Azərbyacan oxucusu üçün kitab əldə etmək müəyyən mənada probelmdir. Bu da kitabxanalarımızın durumu ilə bağlıdır. Etiraf edək ki, sovetlər dönəmində kitabxanalar, kitab mağazaları daha çox diqqəti çəkir və bu sahəyə diqqət də tədqirəlayiq idi. Çünki həmin ünvanlara oxucu cəlb etmək və Sovet təbliğat maşınının sürətini daha da artırmaq üçün gərək olan bütün məsələlər həll olunur, son nəticədə də kitabxanalar zənginləşirdi.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün kitabxanalar arxa plana keçib. Hətta kənd rayonarımızda az qala tamam unudulub, ucqar kəndlərimizdə isə o kitabxanaların yolu da yaddan çxıb. Belə bir durumda çap maşınlarımız isə işləməkdə davam edir. Yəni nəşriyyatlarımız , mətbəələrimiz əvvəlkinən də çox, əvvəlkindən də fərqli kitablar çap etməklə məşğuldular. Bunun da ən əsas səbəblərindən biri az qala hamının “ yazıçı, şair, jurnalist” xəstəliyinə tutulmasıdır. Bu yoluxma ,bir az obrazlı desək, ailə də xanımı ərin nəslindən, soyundan , bəyi isə xanımın səcərəsindən kitab yazmağa həvəsləndirib. Zarafat deyil, bir damın altında iki “yazıçı” baş- başa ədəbiyyatımıza “xidmət edirlər”!
Bəli, bax belə bir bolluğun içərisində itib- batmayan , öz axarı ilə oxucuya doğru gələn dəyərli qələm adamlarının, dəyərli kitabları da var. Doğrudur, onlar bəzən bu kitabları həm tiraj, həm də yayım baxımdan istədikləri kimi araya-ərsəyə gətirə bilmirlər. Amma bütün hallarda böyük Səməd Vurğunun təbirincə desək:
- Deyilən söz yadigardır!
Son vaxtlar diqqətimi kitab çapında maraqlı bir detal özünə çəkib. Bu da artıq getdkcə çoxalan “Əl boyda kitablar” dır. Çox yığcam, həm də poliqrafik cəhətdən yüksək keyfiyyətlə hazırlanan bu “cib kitabları” həqiqətən oxucunun dostudur. Onu cibinə qoyub rahatca özünlə hər yerə apara bilərsən.
Bax elə indi masamın üstündə Xalq şairləri Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Zəlimxan Yaqubun eləcə də dəyərli yazıçılarımız Xeyrəddin Qoca və Gülhüseyn Hüseynoğlunun həmin seriyadan olan kitabları yer tutur. Mən uzaq səfərimdə şairlərimizin kitabları ilə yol yoldaşı oluram.
Bu günki mözvum da hələ 1992-ci ildə Xəlil Rza Ulutürkun 60 illik yubileyi münasibəti ilə işıq üzü görmüş “ Ulutürk bayramı” kitabıdır. Kitabda unudulmaz şairimizin şeirləri ilə yanaşı, bu kitabın tərtibatçısı olmuş şairin qardaşı Məhəmməd Rza Xəlilbəylinin də şeirləri yer alıbdır. Düşünürəm ki, Xalq şairinin sevilən şeirləri ilə uzaq ellərdə də bir yerdə olmaq istəyənn hər bir oxucu bu kitabdan əld edib rahatlıqla özü ilə daşıya bilər.
Onda sizin həmsöhbətiniz unudulmaz şairimiz Xəlil Rza olduğundan ruhunuz , könlünüz daha rahat və coşqulu olacaqdır. Mən buna əminəm.