adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: FÜZULİ OLMASAYDI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
52574 | 2020-01-17 08:27

Yeni ilin ilk iş günündə "Ədalət"inbaş redaktoru məni iş otağına dəvət edib bir kitab verdi. Elə otaqdaca kitabınadını oxudum və...

Bu kitabdakı esseləri mətbuatda,xüsusilə "Ədəbiyyat” qəzetində oxumuşdum, xəbərim var idi. Amma istənilən əsərihissə-hissə deyil, bütövlükdə oxuyanda hadisələrin axarına uyğun olaraq əvvəldən axıra kimi müəllifin və elə oəsərin ruhunun da yol-yoldaşına çevrilirsən. Bax, bu mənada mən Füzuli ilə əsrlərəbərabər bir yolun başlanğıcından bu gününə qədər çox ləngərli, çox tutumlu, həttamən deyərdim bəzən də dizlərimi titrədib, ayağımı büdrədən bir yolçuluq edəsioldum. Bu yol- yoldaşlığı tam səmimi deyirəm, mənə, düşüncələrimə, illah da ki,yurdsuz ürəyimə baha başa gəldi. Amma ağrılara, fikir yükünün basqılarınabaxmayaraq, oxudum Füzulini. Özü də öncəadi oxucu kimi, sonra bir addım adilikdən çıxıb dərk etməyə cəhd göstərən, sözəkönül verən kimi. Oxudum Kamal Abdullanın Füzulisini! Oxuduqca da Füzulini bu qədəraz tanıdığıma, Füzulidən bu qədər az bildiyimə üzüldüm. Çünki...

Düşünürəm ki, müdriklərindediyi "bilməmək eyib deyil, öyrənməmək eyibdi" kəlamı indi mənim əlimdəntutacaq. Və bu kəlam məni həm də dərindən bilmədiyim Füzuli dünyasına doğru yönəldəcək.Baxıb görəcəm ki, öndə bir ADAM gedir. Həmin şəxs Füzulini söz-söz, misra-misravərəqləyir. Vərəqlər o qədər səssiz, o qədər ustalıqla çevrilir ki, onu oxumaq,onu izləmək mümkündür. Hələ üstəlik, o çevrilən vərəqlərdə Füzulinin bütövlüyüişığa bürünür. O işıq da Füzuli ruhuyla, cismiylə, sözüylə birlikdə görünür.Göründükcə də sanki ətə-qana dolur... dil açır... və başlayır danışmağa.Danışdıqca da özünü ifadə edir... özünü sərgiləyir... yaddaşa hopdurur... ruhasintez edir... canında Füzuli yenidən dünyaya gəlir...


Bəlkə də sizə qəribə gələcək.Hardasa məni qınayanlar da olacaq. Amma necə deyərlər, vecimə də deyil. Çünki mənilk dəfə "Deyildim mən sənə mail..." fəlsəfəsini Kamal Abdullanınyozumunda bütünlüklə həzm elədim. Anladımki, mənim, yəni Füzulinin "sənə mail deyiləm" etirafı adişeir misrası deyil, adi qəzəl misrasıkimi yaddaşa yazılmır. Burda neçə qat dərinlik var... burda neçə qat əlçatmazlıqvar... Və mail olmayanın yerlə göy arasında nəhayət ki, tapdığı bir nöqtə var.Ona görə də o, Füzuli fövqüylə, Füzuli hayqırtısıyla çox rahat şəkildəpıçıldayır. Siz o pıçıltıya fikir verin... Deyildim mən sənə mail...

Eşidə bildinizmi? Əgəreşitdinizsə, onda akademik Kamal Abdullayla, daha doğrusu, onun şərhiylə həmfikirolacaqsınız. Necə ki, mən bu pıçıltıdan doğulan, boy göstərən Füzulini bütövhalda gördüm, dinlədim. Həmin o işığın içində bir ağ yol da var idi. Orada hərkəsin getmək istədiyi, amma gedə bilmədiyi, hər kəsin olmaq istədiyi, amma olabilmədiyi ilahi bir aşiqlik var. O aşiqlik akademik Kamal Abdullanın şərhindənsonra mənə Füzulini ruh kimi göstərdi. Hamıya nüfuz edə bilən, amma hamıda zərrələriolan ruh kimi. Düşündüm və inandım ki, akademik Kamal Abdullanın Füzulini Allahbəndəsi - insan kimi deyil, yerlə göyün arasındakı ruh kimi görməsi ən böyüktapıntıdı. Özü də elə bir tapıntı ki, heç kəsin gedib dönmədiyi, qayıtmadığı fəzadakıboşluqdan da Füzulinin ruhu bizə qayıdıb bizimlə ola bilir. Digər tərəfdən, buruh heç kimi usandırmır. Hətta bir aşiq olaraq cəfadan da bezmir, yorulmur. Onagörə ki, o ruhun nəfəsi də, cismi də, yerişi, duruşu, nüfuz etmək qüdrəti dəsevgidi!



"Mənim Füzulim"in birnüansı da mənim yaxamı buraxmır. O da akademik Kamal Abdullanın məniinandırdığı bir gerçəkdi. O gerçəyin adı Füzulinin Səyyah olmasıdır. Elə bir səyyahki, hər yerə gedə bilir... hər məqamı dəyərləndirməyi bacarır... hər mənzərəni özünə və özünü də ona köçürməyidiqqətindən yayındırmır... Eyni zamanda, bu Səyyah dayanmır, yatmır, dincəlmir.Həyatın özünü də özündə görür. Ona "tən eyləyən" qafili də, onun"əqlini zair" edəni də tanıyır. Bunların heç birinə isə iynə ucuboyda da olsun təpki gəlmir, acı münasibət göstərmir. Çünki o, Füzulidi! İnsankimi, bəndə kimi çoxdan Yer üzündən köçmüş, amma şeyx kimi, ruh kimi, ŞAİR kimi bütünzamanları keçib gələn və getməkdə də davam edən Füzuli!

Akademik Kamal Abdullanın"Mənim Füzulim" kitabındakı "Deyildim mən sənə mail"essesini oxuyarkən içimdən belə birfikir gəlib keçdi. Hörmətli Kamal müəllim bu esseni yazarkən həkimlərin istifadəetdikləri maqqaşdan istifadə edib. Sözü, fikri bir-bir, yorulmadan, usanmadanseçib, sıralayıb. Necə ki, sovet dönəmində mətbəələrdə çap sexində hərfləri,durğu işarələrini bir-bir axtarırdılar, seçirdilər. Sonra sıraya düzüb söz,cümlə yaradırdılar. Bax, bu essenin dünyaya gəlişi də mənə o anları xatırlatdı.Çünki mən hər sözdə, hər bir vurğunun altında Füzuli işığını gördüm...

Bəli, bu mənim bir oxucu olaraqKamal Abdullanın "Mənim Füzulim" kitabındakı ilk esse barəsindəyaşantılarımdı. Və vurğulamaq istəyirəm ki, hər gün təkrar-təkrar oxuduğum buesselərin digərləri barəsində də yaşantılarımı oxucularımla bölüşəcəm.



TƏQVİM / ARXİV