Çəkdirdiyin bəsdi mənə -
Bol, əlinə qurban olum
Nə doğradın, kəsdi mənə -
Bal, əlinə qurban olum!
Güldürürsən, gülürsənsə
Hər hayıma gəlirsənsə
Nəyi artıq bilirsənsə -
Al, əlinə qurban olum!
Yaranışdan şəriksizsən
Yaradırsan şəriksiz, sən!
Uzaq tutan şəriklikdən -
Qal, əlinə qurban olum!


Bakı -°C
