Körfəz ölkələrində ABŞ-yə etimad azalır - Politoloq
“ABŞ, İsrail–İran müharibəsi Fars körfəzi regionunda illərlə qurulmuş təhlükəsizlik arxitekturasını ciddi şəkildə sarsıdır. Bu boşluqda isə Çin səssiz, amma sistemli şəkildə öz mövqeyini gücləndirir. Körfəz ölkələri "İbrahim sazişləri"nin gətirdiyi İsrail mərkəzli təhlükəsizlik modelinin onları İranın hədəfinə çevirdiyini görərək, daha çox Çin, Türkiyə, Pakistanın iştirakı ilə regional təhlükəsizik sistemi yaratmağa meyl edirlər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
O, bildirib ki, bu sistem, “hamı ortaq olsun, heç kim müharibə etməsin” yanaşmasını əsas götürür:
- ABŞ hərbi gücünü müharibələrə sərf etdiyi müddətdə Çin iqtisadi və strateji təsirini genişləndirib.
- Körfəz ölkələrində ABŞ-yə etimad azalır və İsrailin ambisiyaları daha böyük təhdid kimi qəbul edilir.
-ABŞ-nin İraq və Əfqanıstandakı müharibələri resurs və reputasiya itkisi ilə nəticələndi, Çin isə bu boşluğu iqtisadi ekspansiya ilə doldurdu.
-İran sanksiyalar nəticəsində getdikcə Çindən daha çox asılı hala gəldi – bu asılılıq artıq hərbi sahəyə də keçib-Çin “Bir Qurşaq, Bir
Yol” vasitəsilə regionun enerji, logistika və rəqəmsal infrastrukturuna dərin şəkildə daxil olur.
- Çin artıq ölkələri strateji infrastruktura investisiya edərək uzunmüddətli asılılığa bağlayan aktora çevrilir.Körfəz regionunda yeni hibrid təhlükəsizlik sistemi formalaşır.ABŞ – hərbi təhlükəsizlik təminatçısı kimi, Çin – iqtisadi və diplomatik zəmanətlər verən güc kimi çıxış edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Aprel 2026 10:56
“Buna görə də Tacikistanın bu sahədə Rusiya və Çindən asılılığı var”
30 Aprel 2026 10:51
“Paşinyanın qələbə əldə etməsi üçün ciddi müsbət proseslər lazımdır”
29 Aprel 2026 19:00
Eldar Səlimov İraq DİN-in generalı ilə görüşüb
29 Aprel 2026 18:18


Bakı -°C

