adalet.az header logo
  • Bakı -°C

Muğan Mətili ölmədi, şəhid oldu...

105 | 2026-04-16 20:30
A- A+

Mənim yaxın qohumum  Böyük Bəhmənli kənd  musiqi  məktəbinin direktoru Vasif Əliyev  öz statusunda gözəl qarmon çalan bir gəncin görüntülərini yerləşdirmişdi. Musiqiyə qulaq asdım və tüklərim biz- biz oldu. Və qızıl barmaqların çaldığı musiqi ürəyimin " sarı simi" nə toxundu, bu möcüzə yaradan barmaqlara heyran oldum .

Təkrarən yeni musiqini dinlədim və ondan doymadım. Nə gözəl ifa! Afdandil İsrafilovun xalların və barmaqların duyurdum... Sən demə, bu gənc aprelin 13- də Füzuli rayonunun Aşağı Veysəlli kəndində minaya düşüb və şəhid olub. Daha doğrusu, " ANAMA" da işləyirmiş.Mətili  Muğan Rəfail oğlu 1995- ci  ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.Orta məktəbi bitirəndən sonra Sumqayıt şəhər Musiqi Texnikumuna qəbul olub və gözəl qarmon ifaçısı kimi yetişib.

Bir  müddət rayonun Aşağı Yağlıvənd Uşaq Musiqi məktəbində  müəllim işləyib. 2024- cü ildə  ərizəsi könüllü olaraq işdən çıxaraq " ANAMA" da işə düzəlib.  Onun dostlarından biri  olan Vasif Əliyev deyir ki, Muğan Mətili çox tərbiyəli, mədəni, istedadlı və vətənpərvər  gənc idi. O, gözəl ifaları ilə həmişə onu dinləyənləri yandırırdı, amma bu dəfə bizi ölümü ilə yandırdı...

 İkinci Qarabağ savaşında, yəni 44 günlük Vətən müharibəsində əsl vətənpərvərlik nümunəsi göstərib. Muğan bu  44 gündə Əhmədbəyli  kənd məscidində  şəhidlərimizin yuyulmasında və onların öz el- obasına çatdırılmasında  çox köməklik göstərib. O, vətənini , torpağını, elini, obasını canında artıq istəyirdi.

Ona görə də el- oba da ona çox istəyirdi və Muğanı son mənzilə böyük sevgi ilə yola  saldılar.   Hər dəfə  onun səsləndirdiyi gözəl musiqiləri eşidəndə  o yenidən  onu sevənlərlə  görüşəcək! Və Muğan Mətili ölmədi, şəhid oldu!!! Şəhidlər isə heç vaxt ölmürlər!!!

Emil FAİQOĞLU    

TƏQVİM / ARXİV