Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb. Sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur.Əmək haqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd dövlət qurumlarında maaşların müəyyənləşdirilməsində vahid və sistemli yanaşmanı həyata keçirməkdir. Bu maaşların optmillaşdırılaraq artırılmasına səbəb olmaqla yanaşı, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq. Eyni zamanda, dövlət qulluğuna ixtisaslı kadrların daha yaxından cəlb edilməsinə və məşğulluqda sektoral rəqabətin güclənməsinə də səbəb olacaq.
Məsələylə bağlı Adalet.az-a açıqlamasında hüquqşunas Sahib Məmmədov bildirdi ki, əmək haqqı sisteminin təkmilləşdirilməsinin bir neçə səbəbləri var:
“Şəxslər dövlət qulluğunda bir müddət işləyəndə təcrübə toplayır və sonra görür ki, kommersiya qurumlarında daha yüksək əmək haqqı var və ora gedirlər. Yəni bu kadr axıcılığına gətirib çıxarır. Səbəblərdən biri əlbəttə ki, budur. Dövlət qulluğuna qəbul olunan yeni kadrların əmək haqqında yüksəliş olacaq. Çünki yüksək əmək haqqı üçün staj toplamaq lazım idi və sair. Amma indi staj toplamadan da artıq minimum hədlər də müəyyən olunur. Yəni müəyyən olunmuş minimumdan aşağı əmək haqqı ala bilməyəcək. Ondan yuxarı ola bilər, amma aşağı yox. Digər səbəb isə əmək haqqı sisteminin optimallaşdırılmasıdır. Bunun həm də korrpusiyaya qarşı mübarizə aspektləri var. Çünki sui-istifadə halları olurdu. Aşağı əmək haqqı olması dövlət qulluqçularını daha çox korrupsiya formalarına meyilləndirirdi”.
O, bildirib ki, təkcə dövlət qulluqçularının əmək haqqı haqqı qalxmayıb:
“Həm də konstitutsiyaya uyğun vəzifəyə təyin olunan və seçilən şəxslərin də əmək haqqı qalxıb. Məsələn, Nazirlər Kabineti üzvlərinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin da əmək haqqı optimallaşdırılıb. Nəticələri barədə isə ən gec halda bir ildən sonra qiymətləndirmək olacaq”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
