Beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycan dünyada etibarlı tərəfdaş imicini qazanıb. Vətən müharibəsində qazandıgı qələbədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın bu gün regional və qlobal miqyasda öz sözünü deyən, milli maraqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə edən güclü dövlət, etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Xüsusi olaraq qeyd edək ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlətinin sülhə, dialoqa və insan həmrəyliyinə verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri sırasında Prezident İlham Əliyevin yer alması Azərbaycan liderinə olan etimadın, eləcə də, dövlətimizin başçısının sülhə verdiyi töhfələrin əyani sübutudur. Bu mükafat böyük iradənin, ədalətli sülhün əlbəttə ki, təcəssümüdür. Şeyx Zayed Fondunun yaradılmasının əsasında dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqi dayanır. Məlumdur ki, sözügedən mükafat dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi həm də Azərbaycan Prezidentinin sülh gündəliyinin dünya tərəfindən təqdiridir. Otuz ildən artıq davam edən münaqişə və qan tökülməsindən sonra Cənubi Qafqazda sülhün bərqərar olması tarixi nailiyyətdir. Bu gün məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxilində sabitlik tam təmin olunub. Azərbaycan Prezidenti “Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm”, - deyə Davosda “Euronews” televiziyasına verdiyi müsahisində bildirib. Dövlətimizin başcısı bizim beş-altı aydır sülh şəraitində yaşadığımızı vurğulayaraq, müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamadığımızı qeyd edib.
Bildiyimiz kimi, Azərbaycan dövləti ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra yeni reallıqlar formalaşdırıb. Müasir dünyada mövcud reallığı dəyişəcək güc mövcud deyil. Ölkəmizin mövqeyi milli maraqlarımızı inamla müdafiə edir. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində dövlətimiz dünyanın böyük gücləri sirasında ədalətli mövqeyini sərgiləyir və bütün zəruri addımları tam zamanında atır.
Dövlət başcısınin müsahibəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərə diqqət cəkilir. Artıq bu münasibətlər əməkdaşlığa çevrilir. “Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq”, - deyən Prezident əlavə edib ki, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq: “Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.
Heç şübhəsiz ki, Azərbaycanın enerji sahəsində oynadığı rol həm regional, həm də qlobal əhəmiyyət daşıyır. Bu gün ölkəmiz Cənubi Qafqazın əsas enerji təminatçısı olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Belə ki, uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edir. Onların 10-u Avropa İttifaqının üzvüdür. Bir çox Avropa ölkələri ilə olan münasibətlər enerji təhlükəsizliyini gücləndirmək imkanı yaradır.
Prezident İlham Əliyevin Davosdan verdiyi mesajlar bir daha sübut etdi ki, ölkəmiz yeni beynəlxalq reallıqlarda öz yolunu müəyyənləşdirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Euronews" telekanalına verdiyi müsahibə ölkənin regional və qlobal mövqeyini əks etdirən mühüm siyasi bəyanat oldu. Dəyişən dünya düzənində Azərbaycan öz yerini müəyyənləşdirib və milli maraqlarını beynəlxalq hüquqa uyğun olaraq müstəqil siyasət yürüdür.
İman ABDUYEV, politoloq


Bakı -°C
