adalet.az header logo
  • Bakı -°C

Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblar

124 | 2026-04-05 16:08
A- A+

Yaxın Şərqdəki münaqişə fonunda Çin şirkətləri süni intellekt texnologiyalarından istifadə edərək ABŞ-nin hərbi birləşmələrinin hərəkətləri və silahları haqqında məlumatları satmağa başlayıblar.

Adalet.az-ın məlumatına görə, bu barədə "The Washington Post" qəzeti xəbər verib.

Məlumata görə, Çindəki özəl firmalar ABŞ-nin hərbi fəaliyyətini izləmək və sonra bu məlumatları satmaq üçün süni intellekti açıq mənbəli məlumatlarla, o cümlədən peyk görüntüləri ilə birləşdirirlər.

"Bildiyim qədəriylə, onlar Çinin "Jilin" peyk qrupu kimi məlumat toplayanlardan çoxlu görüntü alırlar", - "American Enterprise Institute"un tədqiqatçısı Rayan Fedosyuk bildirib.

WP qeyd edib ki, ABŞ-nin yüksək vəzifəli rəsmiləri süni intellektin hazırkı vəziyyətinə şübhə ilə yanaşsalar da, Çində bu cür texnologiyaların mümkün inkişafı ilə bağlı narahatlıqlarını bildiriblər. /"Report"

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV