Ermənistanın Xarici Kəşfiyyat Xidməti 2026-cı ildə Azərbaycanla münasibətlərin gərginləşməsini istisna edir.
Adalet.az xəbər verir ki, Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) 2026-cı ildə Azərbaycanla hərbi münasibətlərin gərginləşməsinin "demək olar ki, mümkün olmadığını" bildirib. İllik hesabatda qeyd olunur ki, Vaşinqton razılaşmaları və 8 avqust 2025-ci ildə sülh müqaviləsinin paraflanmasından bəri gərginləşmə riskini azalıb.
Agentlik həmçinin lokal toqquşmaları ehtimal olunmayan hesab edir və regional kommunikasiyaların açılması ilə bağlı nikbinlik ifadə edir.
Bundan əlavə, XKX Ermənistanın KTMT-yə üzvlüyünün 2026-cı ildə "dondurulmuş vəziyyətdən çıxarılacağını" gözləmir.


Bakı -°C
