adalet.az header logo
  • Bakı -°C

"Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb" - Prezident

76 | 2026-01-12 16:43
A- A+

Bu gün Azərbaycanda əhalinin qazlaşma səviyyəsi 96 %-ə çatıb.

Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

"Biz qazlaşma məsələlərini böyük dərəcədə həll etmişik. Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb. Mən bunu deməklə yaşayış məntəqələrini yox, əhalini nəzərdə tuturam. Əhalinin 96 %-i bu gün təbii qazla təchiz edilib", - İlham Əliyev qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir: "Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, - bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, - Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir".

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV