Ermənistan Solovyova görə Rusiyaya nota verdi
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı jurnalist Vladimir Solovyovun bəyanatlarından dərin qəzəbini ifadə edən etiraz notası təqdim edilib,
Adalet.az xəbər verir ki, bu haqda Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
“Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və dövlət telekanalında səsləndirilən bəyanatlara dərin hiddət ifadə edən etiraz notası təqdim edilib. Vurğulanıb ki, bunlar Ermənistanın suverenliyinin qəbuledilməz pozulması, düşmənçilik təzahürüdür və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - o vurğulayıb.
Qeyd edək ki, Vladimir Solovyov “Ermənistanın itirilməsi Rusiyanın maraqlarına uyğun deyil və Rusiya beynəlxalq hüquqa məhəl qoymadan təkcə Ukraynada deyil, ölkənin təsir zonasındakı ərazilərdə də xüsusi hərbi əməliyyat keçirməlidir”, - deyib.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:47
Zelenski BMT-nin mənzil-qərargahına belə getdi - FOTO
22 Sentyabr 2026 20:21
BMT üzvləri Şimali Kipri tanımağa dəvət edilib
22 Sentyabr 2026 20:20
Qrenlandiyaya iddialı olan Tramp təhlükəsizlik sazişi imzaladı
22 Sentyabr 2026 20:11


Bakı -°C

