adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"Bu faktiki olaraq üçüncü dünya müharibəsidir"

373 | 2024-04-24 11:07

ABŞ hakimiyyəti Ukraynqya külli miqdarda maliyyə paketi ayırmaqla, faktiki olaraq Rusiya ilə münaqişəni üçüncü dünya müharibəsi hesab edir. Bu barədə The New York Times mətbu orqanının keçmiş politoloqu Con Varoli bəyan edib.

 "Onlar çox dərinə gediblər və dayanmayacaqlar... Bu üçüncü dünya müharibəsidir. Onlar bunu Rusiya, İran və Çinə qarşı üçüncü dünya müharibəsi kimi görürlər. Siz nəyə istəyirsiniz inanın, lakin amerikan hakimiyyət sinfinin düşüncəsində bu üçücü dünya müharibəsidir"-deyə politoloq bildirir.

 Varoli qeyd edir ki, Kiyev rejiminə göstərilən maliyyə paketinin miqdarı hələ konkret müəyənləşməsə də, yəqin ki, aksent Rusiyanın mülki obyektlərinin infrastrukturlarının vurulması məqsədiylə ballistik raketlərin və pilotsuz uçuş aparatlarının üzərində qurulacaq. 

 Ekspert bildirir ki, Ağ Ev Rusiyanı məhv etməyə çalışır, ona görə də, artıq qırmızı xətləri tapdalayaraq, Ukraynaya silah göndərilməsi məsələsini genişləndirir və bütün bunlar amerikan xalqının etirazına baxmayaraq oliqarxlar tərəfindən həyata keçirilir. 

 Varoli qeyd edib ki, amerikan hakimiyyətini vətəndaşlarının fikri maraqlandırmır.  Politoloqun fikirincə, oliqarxlar vəziyyətin dəyişməməsi üçün, noyabrda keçiriləcək prezident seçkilərində, hətta eks-prezident Donald Trampın yenidən hakimiyyətə qayıtmasının da qarşısını almağa çalışacaqlar.

  Rüstəm Hacıyev

 "İzvestiya" qəzetinin materiallarından istifadə olunub.

  • May:
  • 3

TƏQVİM / ARXİV