Bir insanın digərinə marağını hər zaman açıq şəkildə ifad etməsi mümkün deyil. Bəzi hallarda xoşlanma hissi davranış, ünsiyyət və bədən dili ilə özünü büruzə verir.
Adalet.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ayrı-ayrı əlamətlər təkbaşına romantik marağın sübutu sayıla bilməz, lakin bir neçə davranışın birlikdə müşahidə olunması diqqət çəkə bilər.
1. Sizinlə danışmaq üçün bəhanə axtarır
Söhbəti davam etdirmək üçün tez-tez mövzu tapır, səbəbsiz yerə mesaj yazır və ya gündəlik məsələlərdən danışmağa çalışırsa, bu, sizə qarşı xüsusi marağının göstəricisi ola bilər.
2. Dediklərinizi diqqətlə xatırlayır
Bir müddət əvvəl söylədiyiniz xırda bir detalı xatırlaması və sonradan həmin mövzuya qayıtması sizin danışdıqlarınıza xüsusi diqqət yetirdiyini göstərə bilər.
3. Sizinlə göz təmasını artırır
Göz təması insanların ünsiyyətində mühüm rol oynayır. Siz danışarkən diqqətlə baxması və tez-tez göz-gözə gəlməyiniz qarşı tərəfin sizə marağını göstərə bilən davranışlardan biridir.
4. Sizin yanınızda davranışı dəyişir
Bəzi insanlar xoşladıqları şəxsin yanında daha çox həyəcanlana, zarafat edə və ya əksinə, əvvəlkindən daha sakit davrana bilirlər. Danışıq tərzində və davranışında nəzərəçarpacaq dəyişiklik də maraq əlaməti ola bilər.
5. Sizə kömək etmək üçün fürsət axtarır
Gündəlik işlərdə kömək təklif etmək, ehtiyacınız olan zaman yanınızda olmaq və sizin rahatlığınızı düşünmək qarşı tərəfin sizə xüsusi münasibət bəslədiyini göstərə bilər.
6. Sizinlə daha çox vaxt keçirmək istəyir
Dost qrupunda olsa belə, sizinlə söhbət etməyə, yanınızda dayanmağa və birlikdə vaxt keçirməyə çalışması diqqət çəkən əlamətlərdəndir.
7. Sizin münasibətiniz onun üçün önəmli olur
Geyimi, görünüşü və ya etdiyi hər hansı bir şey barədə fikrinizi soruşması, reaksiyanıza diqqət etməsi də sizə qarşı xüsusi marağın göstəricisi ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu davranışların heç biri 100 faiz xoşlanma göstəricisi deyil. İnsanların ünsiyyət tərzi fərqli olduğundan, ən doğru nəticəyə yalnız qarşı tərəfin ümumi davranışını və münasibətini nəzərə almaqla gəlmək mümkündür.


Bakı -°C
