Bakılı deyəndə iki cür bakılı var: biri əsilli-nəsilli, köklü bakılılar, biri də mənim kimi sonradan gəlib Bakıda yaşayan bakılılar. Yəni Bakıda kim yaşayırsa bakılıdı.
Dünən bir şad xəbər aldıq və bakılılardan muştuluq istəyirik. Bilirsiniz də, hər yerdə maşın saxlayıb adamı düşürtmək mumkün deyil, o dəqiqə cərimə gəlir. Allaha şükür ki, şəhərdə piyada gəzmək üçün cərimə yoxdu. Amma maşına mindin, nə qədər istəsən cərimə var.
Dünənki şad xəbər – 4 milyonluq şəhərdə on yerdə taksidən düşmək day qadağan deyil, yəni cərimə olmayacaq. Bu bəzi xəstəxanalar və sosial xidmətlər şöbələrinin qarşısıdır.
4 milyonluq şəhərdə on yer. Bu bakılılara AYNA-nın ən böyük hədiyyəsidir.
Bunu bilgisayarda yazdıranda operatorun sevindiyindən ürəyi getdi.


Bakı -°C
