adalet.az header logo
  • Bakı -°C

Polad Bülbüloğlu: dövrünün əfsanəsi - Rza Rzayev yazır

RZA RZAYEV
75 | 2026-08-27 14:03
A- A+

Həyatda ən alçaq, ən mənəviyyatsız, ən şərəfsiz hərəkət kiminsə yaşını arqumentə çevirməkdir.

Polad Bülbüloğlu öz dövrünün ən sevilən gənclərindən olub — həm də bütün SSRİ məkanında. Hətta dövrünün əfsanəsi də demək olar…

İllər öncə — təxminən 2012–2013-cü illərdə Polad Bülbüloğlu "Dolu" filminin yaradıcı heyətini Rusiyaya dəvət etmişdi. Moskvada və bir neçə digər şəhərdə filmin ən yüksək səviyyədə təqdimatı keçirildi. Moskva şəhərindəki nümayişdən sonra məşhur restoranların birində yaradıcı heyətin şərəfinə ziyafət verildi.

Təqdimatda və ziyafətdə Polad Bülbüloğlu və ailəsi — həyat yoldaşı, qızı və oğlu da iştirak edirdi; hamımız eyni süfrə ətrafında əyləşmişdik.

Polad Bülbüloğlunun həyat yoldaşı və uşaqları Azərbaycan dilində təmiz danışır, özlərini çox mütəvazi aparırdılar. Heç deməzdin  ki, bu xanım keçmiş nazirin, hazırkı səfirin həyat yoldaşıdır. Uşaqların Azərbaycan dilində belə səlis danışması məni təəccübləndirdi, çünki onlar Moskvada rus dilində təhsil alırdılar.

Həyat yoldaşı bildirdi ki, biz evdə ancaq Azərbaycan dilində danışırıq, bütün adət-ənənələrimizə əməl edir, milli bayramlarımızı qeyd edirik.

Yəni bütün azərbaycanlılar kimi…

  • Iyul:
  • 31

TƏQVİM / ARXİV