adalet.az header logo
  • Bakı -°C

Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ

91 | 2026-05-25 19:37
A- A+

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.

Adalet.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb.

Sənətçi həmçinin Azərbaycan Milli Konservatoriyasında çalışır. Sumqayıt Musiqi Kollecində, o cümlədən, A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim olaraq çalışıb.

TƏQVİM / ARXİV