adalet.az header logo
  • Bakı -°C

Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafiki

85 | 2026-05-25 17:51
A- A+

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı – Tbilisi – Bakı qatarının hərəkət qrafikini açıqlayıb.

ADY-dən Adalet.az-a verilən məlumata görə, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.

TƏQVİM / ARXİV