“Babam, atam və mən” - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1804 | 2024-06-10 09:19

Azərbaycan oxucusu b ir- birindən maraqlı poeziya və nəsr nümunələri yaratmış Yusif Həsənbəyin imzasını yaxşı tanıyır. Onun bu gün də sırada öz mövqeyini qoruyub- saxlaması, sözünün kəsərinin ucuzlaşmasına imkan verməməsi Yusif müəllimin həm istedadının, həm də şəxsiyyətinin göstəricisidir. Bu mənada ustadın təkcə öz yaradıcılıq nümunələri deyil, eləcə də təqdim etdiyi ayri- ayri müəlliflərin əsərləri də həmişə diqqəti çəkir. Bunun da konkret bir səbəbi var. O da Yusif müəllimin sözə zərgər dəqiqliyilə yanaşması və ustad prizmasından baxmasından irəli gəlir.

Həyatımda həmişə özəl yeri olan Yusif Həsənbəyin bir neeçə məqamda mənə təqdim etdiyi müəlliflərlə, kitablarla  tanışlıq körpüsü salıbdı. Yəni Yusif müəllim  “Ədalət” qəzetinə gələndə özüylə gətirdiyi kitabları yaxu da müəllifləri tam səmimi bir şəkildə həm mənə, həm də redaksiyaya təqdim edib. Və vurğulayıb ki, mən bu müəllifi tanıyıram oxumuşam. Sən də tanı və oxu.Təbii ki, belə də oldu. Mən ustadın təqdimatna canla- başla qoşulmuşam.

Söz vaxtına çəkər deyirlər. Təqribən bir ay əvvəl Yusif müəllim redaksiyamıza gəlmişdi. Görüşdük, həmişə özüylə gəzdirdiyi çantasını açdı və bir kitab çıxardıb yazı masamın üzərinə qoydu. Və yenə həmişəki ərklə dedi: 

-Əbülfət, bu kitabı oxuyarsan. Yaxşı kitabdır. İçindək təkçə bir nəsilin deyil, bölgənin də maraqlı tarixi var. Xoşuna gələcək. 

-Oldu, ustad.Baş üstə deyərək, kitabı qəbul etdim.

Bir neçə gündür ki, həmin kitabla yəni “Babam, atam və mən”lə söhbətləşirəm. Kitabın müəllifi həmkarım yazıçı, jurnalist Qvamin Məhəbbətoğludur. Müəllif bu kitabı bir ailəlinin həyat yoluna həsr edib. Həmin ailə yaşadığı Xuçbala kəndində bütövlükdə Qubanın özündə və ətraf bölgəsində böyük nüfuz sahibi olubş. Həm də işgüzarlıqları, təssərrüfat və ictimai-siyasi həyat müstəvisində özlərini təsdiq etmək bacarıqları ilə seçiliblər.  Bu gün də Qubada söhbət düşəndə Cəfər İbrahimovun adı çəkilərsə hər kəs bir sayğı göstərər. Ona uyğun dua ilə yad edərlər. Maraqlıdır ki, Cəfər müəllimə bəzən “Ağa” da deyərdilər. Bu da soykökö və fəaliyyətilə b ağlıdır. Xüsusilə Cəfər müəllim qurub- yaradan, əltutan, himayə edən, biraz da sadə şəkildə ifadə etsək, çörək verən adam olub. Ona görə də onu həmişə yaxşı xatırlayırlar. Burda bir məqam da var. O da Cəfər müəllimin varisi, yəni oğlu Mehman İbrahimovun həyat fəaliyyətiylə bağlıdır. 

Düşünürəm ki, Mehman İbrahimov ad  və soyadı Azərbaycanda müəyyən zümrəyə yaxşı məlumdur. Xüsusilə Şimal bölgmizdə. Çünki o, müəyyən bir zaman kəsiyində Quba RİH-nin başçısdı olub. O,  bu vəzifəyə təyin ediləndə ikiqat məsuliyyət daşıdığını bəyan etmişdi.  Bu məsuliyyətin  birincisi dövləətin və ölkə rəhəbərliyinin qarşısında idirsə, ikincisi də Cəfər müəllimin özünün və sonra da ruhunun qarşısında olan məsuliyyət idi. Bütün qubalıların “Ağa”  dediyi  bir kişinin oğlu həmin adı bir az da ucaltmalıydı. Şükürlər olsun ki, Mehman müəllim bunnu bacardı.

Mən kitabı oxuduqca müəllifin  zamanları qarşılaşdırmaq, hadisələri qabartmaq və baş verənlərin  həm üçüncü şəxsin- yəni müəllifin, həm də bölgə əhalisiinin nəzərləriylə baxmasının şahidi oldum.  Çnüki müəllif  Cəfər kişinin doğulduğu kənddən söz açanda o kəndin coğrafiyasını da, tarixini də- yəni hardan hara gəldiyini faktlarla sərgiləyə b ilib. Oxucu bu qədim kəndin  dünənini təsəvvür etmək, bu gününü görmək, sabahını düşünmək fürsəti qazanıb.. Bu da yaradıcı adamın məqsədinə çatması deməkdir. 

Mən bir oxucu kimi kitabda bir detalın şahidi oldum. O da müəlliflə  paralel az qala həm müəllif olaraq yaddaşında arxivində olanları  bölüşən Mehman müəllimdir. Bu insan hazırlanıb ərsəyə gələn kitabda az qala baş qəhrəmandır. Mehman İbrahimov atasıyla bağlı fikirlərin həm bir övlad, həm bir ziyalı , həm də Qubada söz sahibi olan bir eloğlu kimi bizimlə bölüşür. Nə qədər qəribə görünsə də M. İbrahimov heç bir məqamda  atasıyla bağlı pafosa yol vermir. Səmimiyyətini sona qədər qoruyur. 

Barəsində danışdığım bu kitabda  Cəfər müəllimin həyat yolu, qazandığı mükafatlar, fəxri adlar, ailəsinə və nəvələrinə yanaşma üslubu, el-obanın xeyir- şərinə dəstək vermək bacarığı öz təbiiliyi ilə ifadə olunub. Yəni oxucu oxuduğuna inanır. Kitabın  çoxsaylı müsbət cəhətlərindən biri də özündə ehtifa etdiyi fotolardır. Az qala bir albomluq şəkillərdə  Cəfər müəllimlə yanaşı, onun ailəsinin, dostlarının eləcə də dövlətin rəsmi şəxsləriylə birlikdə fotoları yer alıbdır. Ümumiyyətlə bu kitab əvəldə də vurğuladığm kimi bir ailənin, bir səcərənin deyil, bütövlükdə Xucbalalıların  səlnaməsi kimi də dəyərlidir. Yəni kitabda yer almış ayrı- ayrı fikirlər, müəllif qeydləri, həmçinin ailədən olan sayılıb- seçilən bəylərin və xanıların fikirlərin  babanın, aanın və b u gün həmin missiyanı davam etdirən övladın keçməkeçli, həm də şərəfli bir yaşamının ifadəsidir.

Yəqin ki, kitabı oxuyanlar bu məqamda mənimlə razlaşarlar. Bütövlükdə həm müəllif kimi həmkarim Qvamin Məhəbbətoğluna yardımçı olmuş Mehman müəllimin ziyalı yaddaşı  və dəstəyi “Babam, atam və mən” kitabını diqqətçəkən edibdir. Bu isə görülən işin maraqlı və önəmli oluğunu bir daha sübut edir.


 

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV