adalet.az header logo
  • Bakı -°C

Azərbaycanın investisiya imkanları Adanada təqdim olundu

70 | 2026-09-09 12:18
A- A+

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı Adana şəhərinə işgüzar səfər təşkil edib. Səfərdə “SOCAR Türkiyə” şirkətinin nümayəndəsi də iştirak edib.

Adalet.az xəbər verir ki, səfər çərçivəsində ölkəmizin Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Adana Hacı Sabancı Sənaye Zonasının İdarə Heyətinin sədri Bekir Sütçü ilə görüşüb. Görüşdə Sənaye Zonası ilə potensial əməkdaşlıq istiqamətləri, birgə layihələr və investisiya imkanları müzakirə olunub. Sənaye Zonası nümayəndələrinin Azərbaycanda işbirliyi imkanları ilə yerində tanış olmalarının faydalı ola biləcəyi vurğulanıb. Həmçinin Sənaye Zonasının nümayəndələri 25-26 sentyabr tarixlərində Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunublar.

Adana Hacı Sabancı Sənaye Zonasının üzv şirkətləri üçün “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda tədbir keçirilib. Tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Ölkəmizin biznes və investisiya mühiti, investorlar və sahibkarlar üçün tətbiq edilən güzəşt və təşviqlərə dair təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Səfər iştirakçıları “Abdioğulları Plastik və Qablaşdırma”, “Sami Trafo” və “Çukurova Silo İdarəçiliyi” şirkətlərində istehsal fəaliyyəti ilə tanış olublar. Həmin şirkətlərlə tərəfdaşlıq müzakirə olunub.

  • Sentyabr:
  • 4

TƏQVİM / ARXİV