Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır

118 | 2025-10-22 17:31

Azərbaycanda gələn il üçün nəzərdə tutulan ehtiyac meyarı və yaşayış minimumu artırılır.

Adalet.az xəbər verir ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

Yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində olacaq.

Qeyd edək ki, 2025-ci ildə ehtiyac meyarı və ölkə üzrə yaşayış minimumu 285 manat olub. Əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

  • Sentyabr:
  • 26

TƏQVİM / ARXİV