Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının fəaliyyətinə fəal töhfə verməyə hazırdır.
Adalet.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentlərinin Bakı görüşündə bildirib.
“Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının fəaliyyətinə fəal töhfə verməyə, üzv dövlətlərlə çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır. Cari ildə Azərbaycanın sədrliyi çərçivəsində təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin irəli aparılması istiqamətində məqsədyönlü səylər davam etdiriləcək.
Əminik ki, ortaq siyasi iradə, qarşılıqlı dəstək və praqmatik yanaşma nəticəsində Təşkilatımızın nüfuzu və təsir imkanları daha da artacaq, xalqlarımızın rifahına xidmət edən yeni layihələr həyata keçiriləcək. Bugünkü görüşün də qarşılıqlı anlaşma, səmərəli müzakirələr və konkret nəticələrlə yadda qalacağına inanıram”, - deyə Baş nazir qeyd edib .


Bakı -°C
