adalet.az header logo
  • Bakı -°C

Əməkdar artist: “Kişi olsam, bunu əsla qəbul etmərəm”

78 | 2026-04-02 12:26
A- A+

Əməkdar artist Elnarə Abdullayeva sosial şəbəkədə aktiv olan həmcinslərinə irad bildirib.

Adalet.az xəbər verir  ki, o, xanımların sosial şəbəkədə foto paylaşmasını  yaxşı hal kimi qəbul etməyib:

“Mənim işimlə bağlı sosial şəbəkə hesabımı daha çox bacım uşaqları idarə edir. İnanın ki, sosial şəbəkəyə nə marağım var, nə həvəsim. Heç buna zamanım da olmur. O gün  evdə mənə sosial şəbəkədən hicablı bir xanım göstərirlər .  Xanim  çoxlu sayda şəkillərini sosial şəbəkədə paylaşıb. Baxiram ki, hər kəs ona xoş söz yazıb. Axı niyə bir xanıma bu qədər yad kişi xoş söz deməlidir? Mən kişi olsam, əlsa bunu qəbul etmərəm.  Niyə mənə məhrəm olan qadına yad kişilər tərif yağdırmalıdır? Bunu özümə sığışdırmaram.  Əgər bir qadın efir adamı deyilsə, ictimai şəxs deyilsə, sosial şəbəkələrdə şəkillər paylaşırsa, o deməkdir ki, özünü kimlərəsə göstərir. Bu nə dərəcədə doğrudur? Belə şeyləri qəbul etmirəm”.

Əntiqə

TƏQVİM / ARXİV