adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

"Azərbaycan ordusu bir güllə atmadan Tavuşa bu səbəbdən girdi"- Vrtanesyan

651 | 2024-04-23 18:59

“Azərbaycan qoşunları Tavuşda onilliklər boyu tikilmiş və alınmaz vəziyyətdə saxlanılan mövqelərimizdə bir güllə belə atmadan artıq məskunlaşır..."


Adalet.az xəbər verir ki, bu sözləri hərbi ekspert Karen Vrtanesyan öz sosial şəbəkə hesabında yazıb:" Kobud desək, bizim sərhədçilər mühafizə xidməti kimi bir şeydi. Azərbaycanın sərhəd mühafizə xidməti mahiyyətcə onların 2-ci ordusudur. Hələ 2018-ci ildə 15 minə yaxın şəxsi heyət, ağır artilleriya, zirehli texnika, hücum helikopterləri, hücum pilotsuz təyyarələri, irimiqyaslı hərbi təlimlərin keçirilməsi və s.
2018-ci ildən Azərbaycanın sərhəd mühafizə xidməti yalnız güclənib və genişlənib. Onların sərhədçiləri həm dörd günlük müharibədə, həm 44 günlük müharibədə, həm də ondan sonrakı digər əməliyyatlarda iştirak ediblər.
Ermənistanın sərhəd xidmətində isə bir ildən artıqdır ki, komandiri belə yoxdur" -deyə hərbi ekspert bildirib.

Qeyd edək ki, artıq Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb...

Əntiqə Rəşid

  • May:
  • 3

TƏQVİM / ARXİV