adalet.az header logo
  • Bakı 10°C

Aydın Canıyev: Qumral gözlü...

AYDIN CANIYEV
89788 | 2019-11-13 10:11

... Həyatda az adamın -şairin, nasirin, jurnalistin, publisistin nəsibidi bütün həyatı, yaşamı,prinsipləri... təkcə adı çəkiləndə tam və bütöv göz önünə gəlsin, ağıldaproyeksiyalansın, orbitinin, çevrəsinin tamı ikili kompozisiyanı tamamlasın.

Gəncliyimizdən bu günəcəno qədər özü-anlamı gözəl sözlərlə sevdiklərimizi, balalarımızı, valideynlərimiziəzizləmişik ki! Bəzən əzizləmələrimiz o qədər çox olub ki, hamısını bir kökaltda yığmağa çalışmışıq! - hərçənd çox vaxt da əzizlədiklərimiz "oxşama qəbristanlığı"nadöndəriblər içimizdəki təşbehləri, epitetləri!

Azı bir 10 gün əvvəldənbeynimdəydi İradə Tuncayın ad gününün tarixi. Təksə statistika statusundadeyildi bu dəfə - yubiley yaşıydı. "Bir ömrün yaşam təntənəsiydi", -demək daha doğru olardı.

Vikipediyada 9 noyabrdadoğulanların sırasında axtardım - nəhənglər: dünyaya çempionluq yaşadan LuisFelipe Skolari, milyonların fanatı olduğu Alessandro Del Pyero, çempion MixailTal, təqdimatsız-filansız İvan Turgenev, rektor Siyavuş Kərimi, aktrisa HediLamarr, filosof Herman Veyl gündaşdır bizim İradə Tuncayla!

Biz heç bir haldagündaşlarından geri qalmayan, aşağı statusda olmayan İradə Tuncaya gündaşlarınaxalqlarının yaşatdığı səadəti yaşatmadıq - bu bizim birinci üzqaralığımız!

Bax dediyim o fikir ilknövbədə İradə Tuncaya aiddir! Adı gələndə bəs edir:

- yüzlərlə hörmətinisaxladığım, dəyər bildiyim dostumun içində onu sevən, dəyərləndirən, adınısayğıyla çəkən elə yüzlərlə imza gözümün önünə gəlsin!

- bir xalqın, bir ölkənin,ümumilikdə isə Söz dünyasının şərəfli imzası ömrünün çətiri olsun, amma vəlakin... nə Günəşdən qorusun, nə yağışdan!

- nəinki adamları, məmurları,hətta ölkələri lağa qoyan bir möhtəşəm yanında olsun və sən... öz dərdlərininiçində ağlaya da bilməyəsən!

- Məmməd Arazdünyasının və ailəsinin sarsıntıları - ölkə, vətən, dövlət, lap belə şəxsiyaşamla bağlı, anlayasan ki, bu sarsıntıları bax bu qumral gözlü qız görüb,yaşayıb və ayaqüstə qalıb, gəlib çatıb bu yaşa. O dərdlərin heç birini daşımağaheç bir kosmik, sualtı gəmi bir yana, qatar zəncirlərinə belə yol çatmaz!

Ürəyimin lap dərin,hamıdan gizli saxlamaq istədiyim yerindədi, ürəyimin lap kar, kor, lal yerindədibelə adamları görəndə demək istədiyim. Belə hallarda yazıram İradə Tuncayıtanıdığım üçün: dərdlərini təbəssümüylə örtən insanların gülüşünü, sevincinimükafat adına aldıqlarını, qazandıqlarını söz konusu etməyin!

Belə hallarda yazıramyerişinə baxıb, səsini eşidib az ağlınnan ayağa qalxıb demə başının boş"yaçeyka"larında yaranan fikirləri!

Adamın adı çəkiləndə bəlli!






Bu həyata ancaq İRADƏ olmaqla qalib gəlmək olardı - əvvəl ATA adı, ardınca ƏR adı, sonra UŞAQLAR, bir azdan NƏVƏLƏR, bəs harda qaldı o qumral gözlü qızın yatıb yuxuda görmək istədikləri, bəs harda qaldı yuxudan durub başına gələnləri dilə gətirmək istəyi!?

Oldumu yuxusunun çin olması üçün danışmağa su kimi aydın olanları? Oldumu dərdlərinin bölmək istədiyi sirdaşı? Bəs elədimi yaza bildikləri? Çatdımı qıvırcıq arzuların saçını hörməyə imkanı, nəfəsi?

Mən həmişə bu ad gələndə bir təsəlli tapmışam: nə yaxşı ki, O-nun Ağ Adamı var!

İradə Tuncayın bütün ömrünü çözməyə ehtiyac yoxdu: bu dünyadakı ömründə həmişə haqqına çatmadı üstündə çətir olanlara, adı üstündə olanlara görə. Heç bu dövlət də, bu xalq da... Onun olanı ona vermədi!

Flora Kərimova üçün yazdığımı eynən İradə Tuncaya da aid edirəm: xalq artisti adı bu boyda nəhəngliyin və gözəlliyin dəyəriydimi?

Addan, mükafatdan üstün olanların... bir SEÇİLMİŞLİK HAQQI var - o haqq verilməyincə, ən azından Azərbaycanda bitən çiçəklərin belə ətri xoş olmaz!

İradə Tuncay xəzinədi - çox böyük həqiqətlərin! Həm də arxivdi: "tam məxfi" qrifli!

Ruhsal dünyanın dördölçülü fəzasında bəlkə kimsə görə bilsə, rastlaşanda... mənim bu yubiley təbriki əvəzinə düşündüklərimi çatdırsın, istəyirəm, rica edirəm!

Mən məhz İradə Tuncay haqqında düşünərkən ağlıma gəlib: "hər bir kişi qadını üçün vətəndi, hər bir qadın o vətənin səmalarında dalğalanan bayraq!" Və bunu sevdiyim Naməlum xanıma demişəm!

İradə Tuncayın yubileyinə sözardı kimi bütün hamıya demək istədiyim isə budur: Ağ Adam olmağı bacarın, vətən olmağı bacarın... xanımlarınız üçün!" Bu vətənin bayraq olan qadınları var... hardasa var... mütləq var!

Bütün yaradıcılığı - romanları, publisistikası haqqında bircə kəlmə demək istəyirəm: İradə Tuncayın yazdıqları müzakirə üçün deyil, oxumaq və həm də oxuyub anlamaq üçündü! Ona görə ki... qulluğunda durduqlarınızın cəmi külliyyatından bir cümləsi belə ağırdı!

Anlasanız, onda siz onu mənim gördüyümdən də ucalıqda görərsiniz - nə qədər olmasa da, artıq gözlərim zəifləyib! Mən - cəmiyyətin kor olmaqda və işığı öləziməkdə olan gözlərimlə Onun əndazəsiz və əngin işığıyla bu qədərini görə bilirəmsə, siz daha yaxşı görməlisiniz!

Ölkənizə, xalqınıza, Sözünüzə bayraq olan xanımların hamısının əvəzinə sevin Onu...

Həə, qadınların yaşı artır, amma onların dərdlər içində böyüyən gözləri qocalmaz! İradə xanımın xətrinə bildiyim bu bicliyi də sizə dedim.

Lütfən... səcdələr və sevgilərlə bu yubileyi qutlayın - bu ilin axırınacan ehtiyatda vaxtınız var!




TƏQVİM / ARXİV