adalet.az header logo
  • Bakı -°C

ANS-in məşhur simasının doğum günüdür

74 | 2026-08-24 12:42
A- A+

Tanınmış jurnalist  Sevil Nuriyevanın doğum günüdür.

O, əslən Xızılı olsa da, 1973-cü ildə  Gəncədə anadan olub. 

Sevil Nuriyeva 1973-cü il avqustun 24-də Gəncədə anadan olub.Əslən Xızıdandır.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Türkiyədə beynəlxalq münasibətlər üzrə dissertasiya müdafiə edib və bu sahə üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Dövlət Televiziyasında, 215 KL studiyasında, ANS televiziya kanalında müxtəlif sosial, siyasi və strateji xarakterli proqramlar hazırlayıb və təqdim edib.

"Güzgü", "Nəzər Nöqtəsi", "Divan", "Xəbərdar", "Bu bizik", "Əks-səda", "Ötən Həftə" , "Zərif çərşənbə" , "Şənbə gecəsi Sevil Nuriyeva ilə" kimi bir sıra məşhur proqramların müəllifi və aparıcısı olub.

O, 1998-ci ildə CNN-də, 1999-cu ildə BBC-də proqram müəllifi stajı keçib.

Hal-hazırda Türkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır.Həmçinin Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri, Qafqaz Mediya Mərkəzinin rəhbəridir.


Əntiqə

  • Iyul:
  • 31

TƏQVİM / ARXİV