Almanların əksəriyyəti Ukraynaya yardımın artırılmasını dəstəkləyir.
Adalet.az xəbər verir ki, bu barədə İNSA şirkəti tərəfindən keçirilən sorğunun nəticələrində qeyd olunub.
Respondentlərin 52%-i Qərbin Vladimir Putini atəşkəsə məcbur etmək üçün Ukraynaya daha güclü dəstək verməli olduğuna inanır.
Dəstək tərəfdarı olanların 28%-i yardımın həm hərbi, həm də maliyyə xarakterli olması lazım olduğuna bildirib.
Rəyi soruşulanların 35%-i Ukraynanı ümumiyyətlə dəstəkləməyin əleyhinə olduqlarını bildiriblər. 13%-i isə cavab verməkdən çəkinib.


Bakı -°C
