Əsəd rejimini video-oyunlar devirdi?
Suriyanın keçmiş prezidenti Bəşəd Əsəd devrilməzdən əvvəl video oyunlara aludə olmuş və dövlət işlərindən uzaqlaşmışdı.
Adalet.az xəbər verir ki, belə bir iddia ilə "The Atlantic" nəşri çıxış edib. Bildirilir ki, Yaxın Şərqin heç bir ölkəsi Suriyada hakimiyyət dəyişikliyini istəmirdi. Bu fonda ölkələr Bəşər Əsədə kömək təklif etsələr də, o bundan imtina edib.
Nəşrin məlumatına görə, bir neçə ölkənin xarici işlər nazirləri Əsədin devrilməsindən bir neçə gün əvvəl telefonla əlaqə saxlamağa çalışıblar, lakin Əsəd onlara məhəl qoymayıb. Dəməşqdəki keçmiş dövlət başçısının sarayındakı zabitlər deyirlər ki, keçmiş Suriya lideri "video oyunlara aludə olmuşdu" və bu, onun rejiminin sürətlə süqut etməsinin gizli səbəblərindən biri idi.
"Die Zeit" qəzeti yazır ki, devrildikdən sonra Moskvaya köçən Əsəd orada üç mənzildə yaşayır, bəzən ticarət mərkəzinə baş çəkir və vaxtının qalan hissəsini onlayn oyunlar oynayaraq keçirir.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

