İnsanlar çox əsəbidir...

96 | 2025-06-06 21:21

Dünyada bu gün çox mürəkkəb proses  gedir. Təbii ki, bu da insanların səhhətinə bu və ya digər dərəcədə mənfi  təsir göstərir.

Həmin təsirlərdən biri də  son dövrlərdə insanların həddindən artıq əsəbi olmasıdır!  Aydındır ki, müasir texnika  və texnologiyanın da adamların əsəblərinə təsir göstərməsi heç kimə sirr deyildir!Əlbəttə, stress, gərginlik, narahatlıq olan yerdə heç şübhəsiz əsəbilik də qaçılmazdır. Müayinədən keçən hər on nəfərdən yeddisində bu dediyimiz  əlamətlər mövcuddur.

Belə də olanda bu xəstəliyə düçar olan insanlar davamlı olaraq müayinə  və müalicə olunmalı, diqqətdən kənarda qalmamalıdır.Burdan belə bir məntiqi nəticə hasil olur ki,  sağlam həyat tərzi  yaşamaq,davamlı olaraq idmanla məşğul olmaq, təmiz havada gəzmək lazımdır!.

Hər bir insan öz sağlamlığını qorumalıdır! İkinci əsas məsələ ondan ibarətdir ki, həddindən artıq əsəbi olan insanlar  mobil telefonlardan, sosial şəbəkələrdən az istifadə etməlidirlər! Bir sözlə, hər bir şəxs öncə özü sağlamlığını qorumalı, rahat yaşamaq üçün səsdən, hay-küydən uzaq  olmalıdır!

Emil Faiqoğlu          

  • Iyun:
  • 6

TƏQVİM / ARXİV