Abşeron rayonunda "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması nəticəsində yanğınla müşayiət olunan yol-nəqliyyat qəzası baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində avtomobilin yanar hissələri alovlanaraq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.