Aktyor səhv irad bildirdi, aparıcı təsdiqlədi

95 | 2025-05-05 13:44

Azərbaycan Dövlət Akademik Musiqili teatrın aktyoru Əmrah Dadaşov qiraətçilərə irad tutub.

Adalet.az bildirir ki, aktyor  qiraətçilərin şeir səsləndirən zaman bəzi feilləri düzgün tələffüz etmədiklərini söyləyib:

O, “Kimsə şeir söyləyəndə “olaydı” sözünü “olaydı”kimi deyirsə, həmin şeirin davamına qulaq asmıram. Elə bilirlər ki, “gələydi”, “olaydı”  sözləri yazıldığı kimi  deyilməlidir. Halbuki o sözlər “gəleydi”, “oleydi” kimi səslənməlidir. Sadə şeyləri bilmirlər və bu məni incidir”, deyib. 

Qeyd edək ki, aktyorun düzgün olmayan fikirlərini aparıcı heç bir irad bildirmədən qəbul edib. 

Əntiqə

  • May:
  • 2

TƏQVİM / ARXİV